şəki Bələdiyyəsində Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı iclas keçirilb.
Toplantını şəki Bələdiyyəsinin sədri Elşad ibadov açaraq, dövlət başçısının sərəncamının Azərbaycan xalqı üçün böyük önəm daşıdığını vurğulayıb.
O, bildirib ki, ötən əsrin əvvəllərində şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçiriləcəyi 1018-ci il Azərbaycan tarixində ən yaddaqalan dövr olacaqdır.
Natiq onu da bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında böyük rolu olan tarixi şəxsiyyətlərdən birinin – Fətəli Xan Xoyskinin həmyerlimiz olmasından bu gün bütün şəkililər qürur duyur.
şəki Bələdiyyəsi sədrinin birinci müavini intiqam əşirov öz çıxışında bildirib ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Odur ki, həmin sərəncamda deyilənlər şəki Bələdiyyəsi tərəfindən layiqincə həyata keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün bütün imkanlardan istifadə olunacaqdır.
şəki Bələdiyyəsi, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi